elgun-aze
  Ingilis dilinin qrammatikasi
 

Ingilis dilinin  qrammatikası haqqında

                                   

                                     Referat

 

İngilis dili  İngiltərə, ABŞ, Kanada, Avstraliyada və bir sıra xalqlar arasında ünsiyyət vasitəsi kimi xidmət edən ana dilidir. İngilis dili Hind-Avropa dilləri ailəsinin german qrupuna mənsubdur. Qrammatik quruluşuna görə analitik quruluşa malikdir. İngilis dilinin tarixi 3 dövrə bölünür.

I dövr –  449-1150-ci illərə qədər olan dövrü əhatə edir. Bu dövrdə german qəbilələri Böyük Britaniyanı fəth etmiş və orada yerli qəbilələrin dilləri sıxışdırılıb çıxarılmışdır. Bu zaman burada gəlmə qəbilələrin dili hökm sürmüşdür. İngilis dilində çox sözlərə rast gəlmək olar ki, onlar öz fərgli tələffüsü ilə alman dilindəki sözlərə oxşayir. Məsələn: mutter – mother - ana, winter – winter – qış.

I dövrdə, yəni IX əsrdə, skandinavlar Britaniyanı fəth etmişlər və bu zaman ingilis dilinə çoxlu sözlər keçmişdir: sister, call, window və s.

II dövr – 1150-1500-cü illərən qədər olan dövrü əhatə edir. Bu dövrdə fransız dilində danışan normanlar Britaniyanı fəth etmişlər. Bu dövrdə də ingilis dilinə fransız sözləri daxil olmuşdur. Məsələn: battle – döyüş, chief – başçı, army – ordu.

III dövr – 1150-ci ildən bu günkü günə qədər olan dövrdür. Bu dil ildən ilə daha da inkişaf etmiş və daxili inkişaf qanunlarına əsasən formalaşmış, inkişaf etmiş və daha da təkmilləşmişdir.

İngilis dilinin əsasını London dialekti təşkil edir.

İngilis və Azərbaycan dilinin qrammatik quruluşları müxtəlifdir. İngilis dili analitik , Azərbaycan dili isə aqqlyutinativ quruluşa malikdir. Yəni ingilis dilində sözlər arasındakı qrammatik əlaqələr söz sırası, köməkçi fellər və intonasiya vasitəsi ilə düzəlir. Azərbaycan dilində isə sözlər arasındakı qrammatik əlaqə şəkilçilər vasitəsi ilə düzəlir.

Azərbaycan dilində sözlərin sırası sərbəstdir. Məsələn: Mən hər gün kitabxanaya gedirəm. Hər gün mən kitabxanaya gedirəm. Kitabxanaya mən hər gün gedirəm.

Bu cümlələrdə cümlənin mənası dəyişmir.

İngilis dilində,yəni nəqli cümlələrdə söz sırası sabitdir. 1-ci yerdə mübtəda, 2-ci yerdə xəbər, sonra isə 2-ci dərəcəli üzvlər gəlir. Məsələn: I go to the library every day.

İngilis və Azərbaycan dillərində səs sistemi   müxtəlifdir.İngilis dilində 26 hərf ,44 səs var. Azərbaycan dilində isə 32 hərf 33 səs var. İngilis dilində bir hərf bir neçə səs və hərf  birləşmələri müxtəlif vəziyyətdə bir neçə səs verə bilər, və eyni bir səslə müxtəlif hərflərlə ifadə oluna bilər. İngilis dilində səslər Azərbaycan dilindən fərqli olaraq transkripsiyada yazılır. Həmçinin İngilis dilində sait səslərin uzunluğu iki nöqtə ilə göstərilir. Məsələn: [li:v] – tərk etmək.

2012-2016 Elgun .! 
 
  Bugün 1 ziyaretçi (2 klik) Online idi 2012-2016 Elgun 2012-2016 Elgun  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol